SİYASƏT


Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Bakı, 11 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı məktubu ünvanlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, başsağlığı məktubunda Suriyanın İdlib şəhərində xaincəsinə edilmiş hücum nəticəsində qardaş Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması haqqında məlumatların dərin kədər hissi ilə qarşılandığı ifadə edilib. Azərbaycanın müdafiə naziri həlak olanlara rəhmət diləyib, yaralılara Tanrıdan şəfa diləyib.

“Sizin acınız bizim də acımızdır” ifadəsinin xüsusi vurğulandığı məktubda, həmçinin Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən terrorizmlə mübarizə əməliyyatının müvəffəqiyyətlə başa çatmasına əminlik ifadə olunub və qardaş ölkənin ordusuna uğur arzu edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.