SİYASƏT


Azərbaycanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Rumıniyanın iqtisadiyyat naziri ilə görüşüb VİDEO

Buxarest, 28 avqust (AZƏRTAC). Avqustun 28-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Rumıniyanın iqtisadiyyat naziri Konstantin Nitsa ilə görüşüb.

Görüş zamanı iki ölkə arasında hərbi-texniki əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Rumıniyanın müdafiə sənayesi şirkətlərinin imkanları barədə məlumat verilib.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığı daha da inkişaf etdirmək üçün hər iki tərəfin geniş imkanlara malik olduğu xüsusi vurğulanıb.

Bununla da Azərbaycanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətinin Rumıniyaya ikigünlük səfəri başa çatıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.