CƏMİYYƏT


Azərbaycanın müvafiq təsisatları ilə Əl-Cəzirə Media İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə edilib

Bakı, 1 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Əl-Cəzirə Media İnstitutunun direktoru Munir Daymi ilə görüşüb.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanda media sahəsində fəaliyyət göstərən müvafiq təsisatlar ilə Əl-Cəzirə Media İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə edilib.

İnstitutunun direktoru M.Daymi Azərbaycanın öz ərazi bütövlüyünün bərpası uğrunda apardığı müharibədə əldə etdiyi tarixi qələbə münasibətilə təbriklərini çatdırıb.

Səfir Rəşad İsmayılov bildirib ki, Əl-Cəzirə böyük təcrübəyə və geniş auditoriyaya malik nüfuzlu qlobal media brendidir. Vətən müharibəsi zamanı Əl-Cəzirənin hadisələri gündəmdə saxlaması, mütəmadi və çevik surətdə xəbər, reportaj və məqalələr hazırlaması Azərbaycan həqiqətlərinin bütün dünyaya, o cümlədən ərəb-müsəlman dünyasına çatdırılmasında mühüm rol oynayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.