İQTİSADİYYAT


Azərbaycanın neft ixracı artıb

Bakı, 18 mart, AZƏRTAC

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan 5 milyon 781 min 785 ton xam neft və bitumlu minerallardan alınan neft məhsulları ixrac edilib. İki ayda ixrac edilən neft və neft məhsullarının dəyəri isə 2 milyard 603 milyon 955 min ABŞ dolları olub.

AZƏRTAC xəbərə verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Xatırladaq ki, 2018-ci ilin ilk 2 ayında ölkədən 3 milyon 648 min 802 ton xam neft ixrac olunub, ixrac edilən neftin dəyəri 1 milyard 827 milyon 303 min dollar təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.