Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Türkiyədə bir sıra görüşlər keçirib
AzerTAg.az
Bakı, 17 fevral, AZƏRTAC
Türkiyədə səfərdə olan Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev bir sıra görüşlər keçirib.
AZƏRTAC xəbər verir ki, bu barədə özünün sosial şəbəkə hesabında paylaşımlar edən R.Nəbiyev Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu ilə görüşündən məmnunluğunu ifadə edib.
“Görüşdə tranzit və nəqliyyat, kiber təhlükəsizlik və rabitə sahələrində qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdik. Qardaş Türkiyə ilə əməkdaşlığımızın daha da genişlənəcəyinə ümid edirəm”, - deyə R.Nəbiyev bildirib.
Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankla görüşdə isə İKT və innovasiyalar üzrə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Layihələrin həyata keçirilməsi və Türkiyənin uğurlu təcrübəsinin Azərbaycanda tətbiq edilməsi barədə razılığa gəlinib.


Xəbərin mətnində orfoqrafik səhv var