ELM VƏ TƏHSİL


“Azərbaycanın nəqliyyatı: nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda elmi konfrans başa çatıb

Bakı, 17 aprel, AZƏRTAC

Aprelin 17-də Azərbaycan Texniki Universitetində (AzTU) keçirilən “Azərbaycanın nəqliyyatı: nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda respublika elmi konfransı başa çatıb.

Yekun toplantıda AzTU-nun rektoru vəzifəsini icra edən Xalıq Yahudov konfransın əhəmiyyəti və nəticələri barədə danışıb.

Tədbirdə çıxış edən elm və texnika üzrə prorektor İlham Pirməmmədov beş bölmə üzrə təşkil olunan konfransa 160 müəllifdən 97 məqalə təqdim olunduğunu diqqətə çatdırıb.

Konfransda bölmə iclasları rəhbərlərinin hesabatları dinlənilib və müzakirə olunub.

Sonda fərqlənən məqalə müəlliflərinə sertifikatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.