SİYASƏT


Azərbaycanın nümayəndəsi BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinə üzv seçilib

Vaşinqton, 8 iyun, AZƏRTAC 

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin AZƏRTAC-a verdiyi xəbərə görə, iyunun 7-də təşkilatın Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin (CEDAW) üzvlüyünə seçkilər keçirilib. İlk dəfə olaraq Azərbaycan Respublikasının nümayəndəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru və Avropa Şurasının gender bərabərliyi komissiyanın eksperti Elgün Səfərov bu komitəyə üzv seçilib.

CEDAW dünyada gender bərabərliyinin təmin edilməsi, ölkələrin hesabatlarının monitorinqi, məişət zorakılığına və qadınlara şiddətə qarşı mübarizə aparan və digər qadın hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərən ali beynəlxalq orqandır.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.