SİYASƏT


Azərbaycanın on milyonuncu sakininin dünyaya gəlməsi Türkiyədə də böyük sevinclə qarşılanıb

Ankara, 8 aprel, AZƏRTAC

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi xəbərini böyük sevinclə qarşıladıq. Körpənin məhz Qarabağ əsilli ailədə doğulması sevincə sevinc qatan hadisədir. Qədəmləri uğurlu olsun!

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyinin sədri Mülazim Pahsa söyləyib. Özü, ailəsi və dərnəyin bütün üzvləri adından körpənin valideynləri Rauf Həsənovu və Nigar Ocaqovanı, eləcə də bütün xalqımızı təbrik edən M.Pahsa əminliklə bildirib ki, Azərbaycan xalqı dövlət müstəqilliyini əzmlə qorumaq və inkişaf etdirmək üçün bütün imkanlara sahibdir.

Mülazim Pahsa deyib: “Ümummilli lider Heydər Əliyev tərəfindən möhkəm təməl üzərində qurulan Azərbaycan dövləti gündən-günə güclənir, əhalinin rifahı yüksəlir. Prezident İlham Əliyevlə xalqın vəhdətini böyük hörmət və sevinclə qarşılayırıq. Əhalinin təbii artımı müasir dövrdə ölkələr və xalqlar üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyədə əhalinin dinamik artımı insanlarımızda ailəcanlılığın, övlad sevgisinin, torpağa və Vətənə bağlılığın göstəricisidir”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.