İDMAN


Azərbaycanın paralimpiyaçı qılıncoynadanları Tbilisidə dünya kubokunda iştirak edirlər

Tbilisi, 9 noyabr, AZƏRTAC

Tbilisidə parlimpiyaçıların qılıncoynatma üzrə dünya kuboku yarışlarına start verilib.

AZƏRTAC xəbər verir ki, noyabrın 9-da çempionatın rəsmi açılış mərasimi keçirilib. Mərasimdə bildirilib ki, dünya kuboku yarışları “Tokio-2020” Yay Paralimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Çempionatda 45 ölkədən 500-ə yaxın idmançı iştirak edir.

Bu mötəbər yarışda Azərbaycanı Aytəkin Həsənova və Abdulbağı Abdullayev təmsil edirlər.

Gürcüstanın Baş naziri Mamuka Baxtadze və digər rəsmi şəxslər açılış mərasimində çıxış edib, dünyada Paralimpiya Oyunlarının inkişafından danışıblar.

Yarışlar noyabrın 11-dək davam edəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.