Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanın parlament diplomatiyasının daha bir uğuru

Azərbaycanın parlament diplomatiyasının daha bir uğuru

Bakı, 25 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Milli Məclisinin ASEAN Parlamentlərarası Assambleyasına müşahidəçi üzv kimi qəbul olunması parlament diplomatiyamızın növbəti uğuru kimi tarixə düşdü. ASEAN PA-nın daxili nizamnaməsinə əsasən, müşahidəçi statusu ilə bağlı müraciətləri 2-3 il ərzində araşdırıldıqdan sonra qərar qəbul olunur. Lakin Azərbaycan Milli Məclisinin müraciətinə prioritet qaydada baxılaraq dəstəkləndi.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı, Azərbaycan-Kamboca parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ramin Məmmədov bildirib.

Deputat qeyd edib ki, ASEAN Parlamentlərarası Assambleyası Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq əlaqələrin inkişafı üçün yeni bir platformadır. 1977-ci ildən fəaliyyət göstərən ASEAN PA genişspektrli siyasi, sosial-iqtisadi və digər məsələlər üzrə üzv dövlətlərin parlamentləri arasında qarşılıqlı fəaliyyət üçün qurulmuş işlək mexanizmə çevrilib. Assambleyada qlobal siyasi məsələlər, Cənub-Şərqi Asiyada inteqrasiya prosesləri, beynəlxalq terrorizm və transmilli cinayətkarlıqla mübarizə, ekologiya, səhiyyə, narkotiklərin yayılmasına qarşı mübarizə sahəsində uzunmüddətli regional əməkdaşlıq proqramları, təhlükəsizlik, enerji sahələrinə dair çox mühüm problemlər müzakirə olunur.

Assambleyaya müşahidəçi statusunda qəbul olunmuş ölkələrin siyahısı Avstraliyadan başlamış Norveçə qədər uzanır. Hətta Avropa Parlamenti belə, ASEAN PA-da müşahidəçi statusuna malikdir. Kambocada keçirilən iclasda isə Azərbaycan parlamenti ilə yanaşı, ABŞ Konqresi və Nepal Federal Demokratik Respublikasının Milli Assambleyası və Gürcüstan parlamenti də müşahidəçi üzv qismində ASEAN PA-ya qəbul edilib. Göründüyü kimi, Azərbaycanın müşahidəçi statusunda üzv qəbul olunduğu yeni təşkilatda təmsil olunan ölkələr kifayət qədər geniş bir coğrafiyanı əhatə edir. Azərbaycanın belə bir vacib platformada təmsil olunması Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət strategiyasının uğurla həyata keçirilməsinə parlament diplomatiyasının da töhfə verməsi üçün yeni imkanlar açır.

Bildirilib ki, müasir dünyada qloballaşma proseslərinin intensivləşməsi, o cümlədən ünsiyyət və dil maneələrinin tədricən aradan qalxması ilə ənənəvi diplomatiyadan fərqlənən yeni diplomatiya formaları, xarici siyasət konsepsiyaları beynəlxalq siyasətdə getdikcə daha mühüm rol oynamağa başlayır. Vətəndaş cəmiyyətlərinin beynəlxalq münasibətlərə təsir imkanlarının artması ilə paralel olaraq, ictimai diplomatiya, xalq diplomatiyasının yeni aspektləri meydana çıxır. İndi çox xarici siyasət sahəsində əvvəlki illərlə müqayisədə daha intensiv istifadə olunan parlament diplomatiyasının artan rolu da məhz bununla, yəni, konkret ifadə etsək, ənənəvi diplomatiyanın manevr imkanlarının məhdudlaşması bağlıdır.

Qeyd olunub ki, bu gün parlament diplomatiyasının məqsədi yalnız beynəlxalq münasibətlərin qanunvericilik bazasının formalaşdırılması deyil, həm də dövlətlər və regionlar arasında əlaqələrin və inteqrasiyanın dərinləşdirilməsinə nail olmaqdır. Məhz bu baxımdan ASEAN PA Azərbaycan parlamentinin bu prosesdə rolunu daha da gücləndirmək üçün kifayət qədər əlverişli platforma ola bilər.

Yeri gəlmişkən, Milli Məclisin sədri Sahibə Qafarova səfər çərçivəsində keçirilən bütün görüşlərdə, eyni zamanda, ASEAN Parlamentlərarası Assambleyasının 43-cü Baş Assambleyasının birinci plenar iclasında və Assambleyanın Qadın Parlamentarilərinin görüşündə çıxışlarında Azərbaycanın 2020-ci ildə öz torpaqlarını erməni işğalından azad etməsi, azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa işləri, ölkəmizin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində təşəbbüsləri barədə geniş məlumat verdi. Qeyd edim ki, parlament sədrinin rəhbərliyi ilə baş tutmuş Kamboca Krallığına səfərin ən mühüm nəticələrindən biri də, Azərbaycana xüsusi münasibətin olduğunu nümayiş etdirən yüksək səviyyəli görüşlər oldu. Kamboca Baş naziri, Senat sədri, Mərakeş, Tailand, Sinqapur, Nepal, Vyetnam parlament rəhbərləri, ASEAN PA-nın baş katibi ilə görüşlərdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu, iqtisadi nailiyyətləri, Ermənistanla münasibətlərin normallaşması prosesinə mane olan amillər, ölkəmizin regional sabitliyin təmin edilməsinə yönəlmiş addımları ilə bağlı faydalı müzakirələr aparıldı.

Qeyd olunan faktlar bir daha göstərir ki, bu gün müxtəlif ölkələrin qanunverici orqanları ilə əməkdaşlığın inkişaf etdirilməsi və beynəlxalq parlament təşkilatları ilə əlaqələrin gücləndirilməsi Milli Məclisin fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edir. Məhz bu kontekstdə yanaşdıqda Milli Məclisin ASEAN PA-ya müşahidəçi üzv kimi qəbul olunmasını bir neçə aspektdən mühüm siyasi hadisə kimi qiymətləndirmək mümkündür:

- Azərbaycan Prezidenti tərəfindən müəyyən olunmuş çoxvektorlu xarici siyasət strategiyasına uyğun olaraq, parlament diplomatiyasının əhatə coğrafiyasının genişləndirilməsi;

- Azərbaycanın beynəlxalq parlament təşkilatları ilə əlaqələrinin möhkəmləndirilməsi;

- Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edən yeni və nüfuzlu platformalara çıxış imkanının əldə olunması;

- ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyətinin institusional inkişafına xidmət edən tədbirlərə töhfə verilməsi;

- müxtəlif ölkələrin parlamentlərində Azərbaycana yeni dostlar qazandırmaq, ölkəmizin milli maraqlarını müdafiə edən parlament üzvlərinin fəaliyyətinə siyasi dəstək vermək üçün yeni imkanların əldə olunması.

Müasir dövrümüzdə parlament diplomatiyasının əsas vəzifəsi beynəlxalq münasibətlərdə qarşılıqlı anlaşmanı gücləndirməkdən ibarətdir. Məhz bu baxımdan qiymətləndirsək, Azərbaycan parlamentinin ASEAN PA-ya müşahidəçi üzv qismində, həm də müraciətə prioritet qaydada baxılaraq qəbul olunması ölkəmizə olan dərin etimadın nəticəsidir. Azərbaycan Prezidentinin öz çıxışlarında dəfələrlə vurğuladığı kimi, “Bizim sözümüz də imzamız qədər keçərlidir” fikri bu gün beynəlxalq münasibətlər sistemində Azərbaycana olan dərin etimadın səbəblərini çox aydın şəkildə izah edir. Məhz dövlət başçısının müəyyən etdiyi xarici siyasət konsepsiyası yeni dostlar qazanmaq, əlaqələri genişləndirmək, Azərbaycanın milli maraqlarını beynəlxalq platformalarda inamla, uğurla müdafiə etmək üçün son dərəcə əlverişli imkanlar yaradan başlıca amildir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi