SİYASƏT


Azərbaycanın parlament nümayəndə heyəti Anıtqəbri ziyarət edib

Ankara, 9 iyun, AZƏRTAC

Ankarada səfərdə olan Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovun başçılıq etdiyi və işçi qrupun üzvləri Eldar İbrahimov, Məlahət İbrahimqızı, Fazil Mustafa, Eldar Quliyev, Ramin Məmmədov, Ağalar Vəliyev, Səttar Möhbalıyevin daxil olduğu nümayəndə heyəti iyunun 9-da Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Milli Məclisi adından Atatürkün məzarı önünə əklil qoyulub.

Nümayəndə heyətinin üzvləri Anıtqəbir muzeyi ilə tanış olub, işçi qrupun rəhbəri Əhliman Əmiraslanov xatirə kitabına ürək sözlərini yazıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.