SİYASƏT


Azərbaycanın parlament nümayəndə heyəti Ankarada Ulu Öndərin abidəsini ziyarət edib

Ankara, 8 iyun, AZƏRTAC

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovun başçılıq etdiyi nümayəndə heyətinin Ankaraya səfəri başlayıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun dəvəti ilə həyata keçirilən səfər çərçivəsində nümayəndə heyətinin üzvləri iyunun 8-də Ankaradakı Heydər Əliyev Parkına gələrək Ulu Öndərin burada ucalan abidəsi önünə əklil qoyub, tər çiçəklər düzüblər.

Ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla yad olunub.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan parlamentinin nümayəndələri TBMM-də fəaliyyət göstərən bir sıra komitələrdə deputat həmkarları ilə görüşəcək, fikir və təcrübə mübadiləsi aparacaqlar.

Milli Məclis üzvlərinin Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop, Türkiyənin XİN-in başçısı Mövlud Çavuşoğlu, təhsil naziri Ziya Selçuk, səhiyyə naziri Fahrettin Koca ilə də görüşləri nəzərdə tutulub. Görüşlərdə qarşılıqlı səfərlərin intensivləşdirilməsi, beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın davam və inkişaf etdirilməsi və digər məsələlər müzakirə olunacaq.

Azərbaycan nümayəndə heyətinə işçi qrupun üzvləri Eldar İbrahimov, Məlahət İbrahimqızı, Fazil Mustafa, Eldar Quliyev, Ramin Məmmədov, Ağalar Vəliyev, Səttar Möhbalıyev daxildir.

Səfər iyunun 11-də başa çatacaq.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.