İQTİSADİYYAT


Azərbaycanın poçt markası beynəlxalq müsabiqədə təmsil olunur

Bakı, 3 iyun, AZƏRTAC

Azərbaycanın poçt markası beynəlxalq müsabiqədə təmsil olunur.

"Azərpoçt" MMC-dən AZƏRTAC-a bildirilib ki, poçt rabitəsi sahəsində Avropa Ticarət Assosiasiyası (PostEurop) öz saytında 2020-ci il üçün “EUROPA” mövzusunda hazırlanmış poçt markalarının dizaynı üçün səsvermə təşkil edib. Səsvermə bu il mayın 9-dan sentyabrın 9-dək keçirilir.

Qeyd edək ki, “EUROPA” markalarının builki mövzusu “Qədim poçt marşrutları”dır (“Ancient Postal Routers”).

“Azərmarka” MMC tərəfindən hazırlanmış markalar 1501-ci ildə Şah İsmayıl Xətai tərəfindən yaradılmış qasid xidmətinə həsr olunub. Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin üzərində Şah İsmayıl Xətainin illüstrasiyası olan poçt markası beynəlxalq müsabiqədə iştirak edir. Ənənəvi müsabiqə Avropanın beynəlxalq dövlət poçt operatorları assosiasiyası olan “PostEurop”un internet səhifəsində keçirilir. Müsabiqənin mövzusunu “PostEurop”un marka və filatelistlər üzrə işçi qrupu müəyyən edir. Mayın 9-dan sentyabrın 9-na qədər keçirilən müsabiqədə, sadəcə, identifikasiya simvolu ilə xüsusi poçt markaları nəşr etmək hüququna malik olan “PostEurop”un üzv ölkələrinin milli poçt operatorları iştirak edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.