İDMAN
Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub
Bakı, 12 aprel, AZƏRTAC
Azərbaycanın qadın güləşçisi Elis Manolova Rumıniyanın paytaxtı Buxarestdə keçiriləm güləş üzrə Avropa çempionatında qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, çempionatda 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Elis Manolova ilk mərhələdə çətinliklə də olsa, isveçli həmkarına qalib gəlib. Elis dörddəbir finalda alman güləşçini də məyus edərək yarımfinala adlayıb. Bu mərhələdə dünya və Avropa çempionu finlandiyalı Petra Olli ilə qarşılaşan E.Manalova möhtəşəm güləş nümayiş etdirib. Titullu rəqibini “tuşe” ilə məğlub edən idmançımız ötən il Kaspiyskdə keçirilən analoji yarışdakı məğlubiyyətin əvəzini çıxıb və ardıcıl ikinci il qitə çempionatının finalına yüksəlib.
Finalda rumıniyalı rəqibi Krişta Tunde İnçeyə qalib gələn güləşçimiz Avropa çempionu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]