İDMAN
Azərbaycanın qadın millisi V Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb
Bakı, 31 iyul, AZƏRTAC
Qadınlardan ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, yığma III turda Yunanıstan seçməsini sınağa çəkib. Rəqibini məğlub edən milli komanda ardıcıl 3-cü qələbəsini qazanıb.
Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova rəqibləri ilə heç-heçə ediblər. Yeganə qalibiyyəti isə Gövhər Beydullayeva əldə edib.
Komanda ilk turda Birləşmiş Ərəb Əmirliklərini, ikinci turda isə Finlandiyanı 4:0 hesabı ilə üstələyib.
Azərbaycan - Yunanıstan - 2,5:1,5
Günay Məmmədzadə - Stavrula Tsolakidu - 0,5:0,5
Xanım Balacayeva - Anastasiya Avramidu - 0,5:0,5
Gövhər Beydullayeva - Yekaterina Pavlidu - 1:0
Gülnar Məmmədova - Haritomeni Markantonaki - 0,5:0,5
Xatırladaq ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.