İDMAN


Azərbaycanın qadın voleybolçuları Avropa çempionatının dörddəbir finalında YENİLƏNİB

Bakı, 25 sentyabr, AZƏRTAC

Azərbaycan millisi dördüncü seti 25:18 hesabı ilə öz xeyrinə bitirib. Beləliklə, yekunda 3:1 hesabı ilə qalib gələn voleybolçularımız xallarının sayını 9-a çatdıraraq qrup lideri kimi dörddəbir final mərhələsinə birbaşa vəsiqə qazanıblar. Almaniya isə 4 xalla üçüncü yerin sahibi kimi pley-offda mübarizə aparacaq.

20:05

Qarşılaşmanın üçüncü setində üstün oyun nümayiş etdirən voleybolçularımız 25:18 hesabı ilə qalib gəliblər. Bu qələbə sayəsində milli komandamız ümumi hesabda irəli çıxıb - 2:1.

19:35

Gərgin idman mübarizəsi şəraitində keçən birinci setdə Almaniya millisi 25:19 hesabı ilə qalib gəlib. Lakin ikinci setdə təşəbbüsü ələ alan Azərbaycan voleybolçuları qələbə qazanaraq (25:19) ümumi hesabı bərabərləşdiriblər – 1:1.

18:33

Sentyabrın 25-də Azərbaycanda və Gürcüstanda təşkil edilən qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi çərçivəsində “A” qrupunda Azərbaycan-Almaniya görüşünə start verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın oyununa baxır.

Bu oyunun nəticəsində “A” qrupundan dörddəbir finala birbaşa yüksələn komanda müəyyənləşəcək.

Hazırda Azərbaycan milli komandası 6 xalla qrupda birinci sıradadır. Almaniya yığması isə 4 xalla üçüncü sıradadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.