İDMAN
Azərbaycanın qadın voleybolçuları italiyalı rəqiblərini 3:1 hesabı ilə məğlub ediblər [YENİLƏNİB] VİDEO
Qaşrılaşmada gərgin keçən dördüncü setdə daha inamlı oyun nümayiş etdirən Azərbaycan milli komandası qalib gəlib - 25:22.
Beləliklə, Azərbaycan voleybol komandası İtaliya yığmasını ümumi hesabda 3:1 hesabı ilə məğlub edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva arenada voleybolçularımızın uğurlu çıxışını izləyiblər.
18:12
Üçüncü setdə Azərbaycan voleybolçularına ciddi müqavimət göstərən İtaliya komandası nəticəni öz xeyrinə dəyişə bilib – 22:25.
17:35
İkinci set də Azərbaycan voleybolçularının qələbəsi ilə başa çatıb – 25:20.
17:05
Voleybolçularımız ilk setdə 25:22 hesabı ilə qalib gəliblər.
16:34
Növbəti görüşdə “B” qrupunda çıxış edən Serbiya millisi Bolqarıstan yığması üzərində 3:0 (27:25, 25:12 və 25:18) hesabı ilə qələbə qazanıb.
Hazırda Azərbaycan və İtaliya voleybolçuları qarşılaşırlar.
11:08
Bakı, 17 iyun, AZƏRTAC
İyunun 17-də “Baku Crystal Hall”da birinci Avropa Oyunlarının voleybol yarışında qadın idmançıların mübarizəsi davam edir.
AZƏRTAC xəbər verir ki, günün ilk oyunu Almaniya və Niderland voleybolçuları arasında keçirilib. Almanlar hər üç setdə də qalib gəliblər (25:13, 25:23 və 25:22).
Digər oyunda isə “A” qrupunda çıxış edən Polşa və Rumıniya idmançıları üz-üzə gəliblər. Yarışın favoritlərindən sayılan polşalı voleybolçular rəqiblərinə heç bir şans verməyiblər – 3:0 (25:23, 25:15 və 25:17).