SİYASƏT


Azərbaycanın qaldırdığı məsələlər UNESCO tərəfindən sükutla qarşılanır

Azərbaycanın qaldırdığı məsələlər UNESCO tərəfindən sükutla qarşılanır

Bakı, 8 dekabr, AZƏRTAC

Azərbaycanın qaldırdığı məsələlər UNESCO tərəfindən hələ də sükutla qarşılanır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Baş nazirin müavini Əli Əhmədov “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı söyləyib.

Əli Əhmədov bildirib ki, Azərbaycana qarşı vurulan zərbələr, mədəni sərvətlərimizin məhvi ilə bağlı müraciətlərimiz ayrı-ayrı qurumlar, UNESCO tərəfindən sükutla qarşılanırdı. Azərbaycanın haqlı həyəcan səsi eşidilmədi. Torpaqlarımız azad olunduqdan sonra da UNESCO tərəfindən biganəlik hökm sürməkdədir. UNESCO-nun bu məsələ ilə bağlı mövqeyi ürəkaçan deyil. Ermənistan silahlı birləşmələri mülki obyektləri, mədəni sərvət hesab olunan obyektləri hücum üçün hədəf seçib, nəticədə zəngin sərvətimiz məhv edilib.

Baş nazirin müavini qeyd edib ki, əgər hər hansı qurum öz vəzifələrini yerinə yetirmirsə və ya bunu etmək istəmirsə, o zaman alternativlər axtarmaq zərurəti yaranır. Bu yanaşmalardan əziyyət çəkən ölkə təkcə Azərbaycan deyil, başqa ölkələr də var, ya qurum obyektiv fəaliyyət göstərməlidir, ya da ölkələr alternativlər barədə düşünəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.