CƏMİYYƏT
Azərbaycanın qələbə zəfəri Ankarada qeyd olunub
Ankara, 12 noyabr, AZƏRTAC
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu Ankarada Ermənistanın kapitulyasiyası və Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək qazandığı zəfər münasibətilə tədbir keçirdib.
AZƏRTAC xəbər verir ki, tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Sonra Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, professor Aygün Attar, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə Parlamentinin sabiq deputatı, Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Sinan Oğan və başqalarının çıxışları dinlənilib.
Çıxışçılar diqqətə çatdırıblar ki, 44 günlük şərəfli savaş nəticəsində əldə edilən şanlı zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. Xalqımıza qələbə sevinci yaşatdıqları üçün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusunun hər bir əsgərinə sonsuz minnətdarlıq ifadə olunub.
Tədbir bədii proqramla davam etdirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara