MƏDƏNİYYƏT


“Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” 12 cildliyinin təqdimatı olacaq

Bakı, 13 dekabr, AZƏRTAC

Dekabrın 16-da Azərbaycan Bəstəkarlar İttifaqında 12 cilddən ibarət “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” kitabının və “Sözləri Hüseyn Cavidindir” - Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət not məcmuəsinin təqdimatı olacaq.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Milli Elmlər Akademiyası və Hüseyn Cavidin ev-muzeyinin birgə təşkilatçılığı ilə reallaşacaq.

Təqdimat mərasimində çıxışçılar Hüseyn Cavid yaradıcılığından, onun sözlərinə bəslənilən musiqi nömrələrindən söhbət açacaq, kitab haqqında fikirlərini bölüşəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.