CƏMİYYƏT


Azərbaycanın qida mütəxəssisləri İzmir şəhərində keçirilən təlimlərdə iştirak ediblər

Bakı, 16 aprel, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Türkiyənin İzmir şəhərində yerləşən Qida və Heyvandarlıq İdarəsinin təşkilatçılığı ilə keçirilən “HACCP tətbiqinin yoxlanması” təlimində iştirak ediblər.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, təlimin mövzuları HACCP-ın əsas prinsipləri, risk qiymətləndirilməsi, təhlükənin təhlili, nəzarət tədbirləri ilə əlaqədar olub.

Nəzəri və təcrübi hissələrdən ibarət olan təlim çərçivəsində əməkdaşlar quru meyvə, süd və süd məhsulları istehsal edən müəssisələrdə HACCP standartına uyğun yoxlamalarda və yekun nəticələrin müzakirəsində iştirak ediblər.

Beş gün davam edən təlimin son günü iştirakçılara sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.