CƏMİYYƏT


Azərbaycanın qida təhlükəsizliyi mütəxəssisləri rusiyalı həmkarlarının təcrübəsini öyrəniblər

Bakı, 2 avqust, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Moskvadan işgüzar səfərdən qayıdıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Ümumrusiya Bitki Karantini Mərkəzində keçirilən görüşlərdə iştirak edən əməkdaşlar qida təhlükəsizliyinin təmin edilməsi sahəsində Rusiya təcrübəsi ilə yaxından tanış olublar.

Keçirilən görüşlər zamanı "Arqus-Fito" Federal Dövlət İnformasiya Sistemi ilə Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminin inteqrasiyası, çevik məlumatlandırma sisteminin yaradılmasi, fitosanitar sertifikatların elektron mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.