İDMAN


Azərbaycanın qrup hərəkətləri komandası Avropa çempionatında üçüncü olub

Bakı, 20 may, AZƏRTAC

Azərbaycanın böyüklərdən ibarət qrup hərəkətləri komandası Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatında çoxnövçülük yarışlarında bürünc medal qazanıb.

AZƏRTAC xəbər verir ki, komandamızın beş halqa ilə çıxışı 32,900, üç lent və iki topla proqramı isə 32,500 xalla qiymətləndirilib. İki proqramın cəmində 65,400 xal toplayan komandamız çempionatı üçüncü pillədə başa vurub.

Yarışın qalibi 68,050 xalla Bolqarıstan komandası olub. İsrail kollektivi 67,300 xalla gümüş medala sahib olub.

“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparır.

Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb.

Yarışa mayın 21-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.