CƏMİYYƏT


Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonunadək davam edəcək

Bakı, 18 noyabr, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 7-11° isti olacaq.

Azərbaycanın rayonlarında isə qeyri-sabit hava şəraitinin ikinci ongünlüyün sonunadək davam edəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Havanın maksimal temperaturu Aran rayonlarında 6-10° isti, dağlıq rayonlarda isə 2° şaxtadan 3°-dək isti olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.
Bölmənin digər xəbərləri