İQTİSADİYYAT
Azərbaycanın regionlarına suyun verilməsi bərpa olunub
Bakı, 4 iyul, Elvin Camalov, AZƏRTAC
Azərbaycanın regionlarına suyun verilməsi bərpa olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
O bildirib ki, hazırda su anbarları və sutəmizləyici qurğular tam gücü ilə çalışır. Bir sıra rayonlarda olan su problemi aradan qaldırılıb. Bakı şəhərində isə Sabunçu, Suraxanı, Badamdar və Hövsan ərazilərində suyun verilməsi ilə bağlı çətinliklər mövcuddur. Yasamal, Binəqədi, Nəsimi, Səbail, Nərimanov, Xəzər, Xətai, Sabunçu, Abşeron rayonlarının isə bir hissəsi su ilə təmin olunub. Axşam saatlarınadək yaranmış problemlər aradan qaldırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [16:34]
Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək
- 25.04.2024 [15:54]
® “Birbank Biznes”lə vaxt sənə işləsin
- 25.04.2024 [15:00]
Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir
- 25.04.2024 [13:34]
Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb
- 25.04.2024 [13:16]