İQTİSADİYYAT


Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb

Tbilisi, 6 iyul, AZƏRTAC

Tbilisidə səfərdə olan Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iyulun 6-da Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyasından məlumat verilib.

Görüşdə Gürcüstan ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri diqqət mərkəzində olub.

Söhbət zamanı Birgə hökumətlərarası komissiya formatında ölkələrimiz arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub.

Nəqliyyat və informasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafına diqqət yetirilib. Qeyd olunub ki, Gürcüstan hökumətinin prioritet istiqamətlərindən biri ölkənin tranzit funksiyasını gücləndirmək və regional logistika qovşağının yaradılmasıdır. Gürcüstanın tranzit dəhlizinin funksiyasını inkişaf etdirmək məqsədilə həyata keçirilən regional əhəmiyyətli infrastruktur layihələri barədə danışılıb. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, Gürcüstan dəmir yolunun modernləşdirilməsi və Şərq-Qərb avtomobil yolunun tikintisi layihələri müzakirə edilib.

Ölkələrimiz arasında ticarət sahəsində əməkdaşlığa da xüsusi diqqət yetirilib. Vurğulanıb ki, Azərbaycan son illərdə Gürcüstanın ilk beş ticarət tərəfdaşı sırasındadır.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və “Gürcüstan Dəmir Yolları” QSC-nin baş direktoru iştirak ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.