SİYASƏT
Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun büro iclası keçirilib
Paris, 4 mart, AZƏRTAC
Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun büro iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın UNESCO-dakı daimi nümayəndəliyinin rəhbəri, səfir Elman Abdullayevin sədrliyi ilə keçirilən büro iclasında Venesuelanın daimi nümayəndəsi Jorge Valero Briceno, Ugandanın daimi nümayəndəsi Riçard Nduhuura, Qətərin daimi nümayəndəliyinin müşaviri Şayxa Al Sulaiti və Azərbaycanın daimi nümayəndəliyinin müşaviri Ayaz Qocayev iştirak ediblər.
Tədbir Qoşulmama Hərəkatının növbəti plenar iclasına hazırlıq məqsədilə təşkil olunub. İclasda plenar iclasın gündəliyi müzakirə olunub.
Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanında qrupunun növbəti plenar iclası martın 30-na planlaşdırılıb.
Xatırladaq ki, Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olub. Azərbaycan Respublikası 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində bu təşkilatın məqsəd və məramlarının təşviqinə, beynəlxalq sülhə, təhlükəsizliyə və əməkdaşlığın gücləndirilməsinə töhfə verir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris