İQTİSADİYYAT


Azərbaycanın sədrliyi ilə Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının sessiyası keçirilir

Bakı, 12 sentyabr, AZƏRTAC

Məlum olduğu kimi, Çinin Çenqdu şəhərində Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatının (DTT) Baş Assambleyası öz işinə başlayıb.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, assambleya çərçivəsində təşkilatın İcraiyyə Şurasının 106-cı sessiyası keçirilir.

Şuraya sədrlik edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək son bir ildə təşkilat tərəfindən həyata keçirilmiş fəaliyyətin vacib istiqamətlərini diqqətə çatdırıb. Daha sonra DTT-nin baş katibi Taleb Rifai təşkilatın büdcə vəziyyəti, 2016-2017-ci illər üzrə fəaliyyət proqramı və növbəti illər üçün fəaliyyət istiqamətləri barədə məlumat verib.

İclas gündəlikdə duran digər vacib məsələlərin müzakirəsi ilə davam edir.

Xatırladırıq ki, tədbirdə Azərbaycanı nümayəndə heyətinin rəhbəri, DTT-nin İcraiyyə Şurasının sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ölkəmizin İspaniyadakı səfiri, DTT yanında daimi nümayəndəsi, səfir Anar Məhərrəmov, ölkəmizin Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı, Turizm Etikası üzrə işçi qrupunun rəhbəri qismində mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, turizm şöbəsinin əməkdaşı Cavid Abdullayev və Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev təmsil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.