SİYASƏT


Azərbaycanın səfiri Qazaxıstan Senatına seçkilərdə müşahidəçilər missiyasına rəhbərlik edəcək

Nur-Sultan, 7 avqust, AZƏRTAC

Qazaxıstan Senatı deputatlarının seçki kampaniyası çərçivəsində MSK Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasından beş müşahidəçi akkreditasiyadan keçirib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan, Qırğızıstan, Özbəkistan və Türkiyənin Qazaxıstandakı səfirliklərinin nümayəndələri Senata keçiriləcək seçkiləri izləyəcəklər.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının müşahidəçilər missiyasına Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov rəhbərlik edəcək.

Qazaxıstan Xarici İşlər nazirinin müavini Yerjan Aşikbayev MDB, TDƏŞ, TÜRKPA və ŞƏT kimi beynəlxalq təşkilatlara seçkiləri müşahidə etmək üçün dəvət məktubları və müvafiq qeydlər göndərdiyini bildirib.

Xatırladaq ki, bu il iyunun 12-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev avqustun 12-də parlamentin yuxarı palatasına - Senata seçkilərin keçirilməsi haqqında fərman imzalayıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.