SİYASƏT


Azərbaycanın səfiri öz etimadnaməsini Əlcəzair Prezidentinə təqdim edib

Azərbaycanın səfiri öz etimadnaməsini Əlcəzair Prezidentinə təqdim edib

Bakı, 2 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasındakı səfiri Tural Rzayev etimadnaməsini bu ölkənin Prezidenti Abdelmacid Tebbuna təqdim edib.

AZƏRTAC xəbər verir ki, səfir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Əlcəzairin dövlət başçısına çatdırıb.

Abdelmacid Tebbun da öz salamlarını və səmimi arzularını dövlətimizin başçısına çatdırmağı xahiş edib.

Əlcəzair Prezidenti iki ölkə arasında əlaqələrin inkişafında yeni mərhələnin başladığını vurğulayıb, Azərbaycan diplomatına fəaliyyətində uğurlar arzulayıb.

Səfir iki dost ölkə arasında iqtisadiyyat, mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafının böyük potensialı olduğunu söyləyib, diplomatik nümayəndəliyimizin bu istiqamətdə fəaliyyət göstərəcəyini diqqətə çatdırıb.

Tədbirdə Əlcəzairin xarici işlər və xaricdəki icmalar naziri Ramtan Lamamra, Əlcəzair Prezident Administrasiyasının rəhbəri Abdelaziz Xalaf iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.