SİYASƏT


Azərbaycanın şəhərləri və Rotterdam arasında əməkdaşlıq əlaqələri müzakirə edilib

Bakı, 9 sentyabr, AZƏRTAC 

Sentyabrın 9-da Azərbaycanın Niderland Krallığındakı səfiri Fikrət Axundov Rotterdam şəhərinin meri Əhməd Əbutaleb ilə görüşüb.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində Azərbaycanın şəhərləri və Rotterdam arasında əməkdaşlıq əlaqələri müzakirə edilib. Səfir Rotterdamda çoxsaylı Azərbaycanlı icmasının yaşadığını, burada Bakı küçəsinin olduğunu və “Qarabağ” idman klubunun fəaliyyət göstərdiyini, Bakıda isə Rotterdam küçəsinin olduğunu bildirib. Ə.Əbutaleb 2013-cü ildə Azərbaycana səfərdə olduğunu və ölkə haqqında müsbət təəssüratlarının olduğunu qeyd edib. Görüş zamanı səfir cari ilin iyul ayının 12-16-da Ermənistan – Azərbaycan dövlət sərhəddində erməni silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinə hərbi təcavüz, mülki və hərbi şəxslər arasında itkilər barədə ətraflı məlumat verib.

Tərəflər, eyni zamanda su idarəçiliyi, kənd təsərrüfatı, nəqliyyat kimi sahələrdə Niderland və Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər. Səfir Ələt Azad İqtisadi Zonası və Azərbaycanda qeyri-neft sektorunun inkişaf səviyyəsi haqqında məlumat verib, Niderland şirkətlərini Azərbaycana investisiya qoymağa dəvət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.