İQTİSADİYYAT


Azərbaycanın sənaye şirkətləri Pakistanda keçiriləcək sərgilərdə iştiraka dəvət olunurlar

Bakı, 7 yanvar, AZƏRTAC

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.

AZPROMO-dan AZƏRTAC-a bildiriblər ki, Pakistanın tanınmış sərgi təşkilatçısı və "Dünya Sərgi Sənayesi Assosiasiyası"nın tam üzvü olan "Ecommerce Gateway Pakistan" şirkəti müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar arasında ikitərəfli görüşlər və ildə 50-dən çox beynəlxalq yarmarka təşkil edir. "Ecommerce Gateway Pakistan" Azərbaycanın müvafiq sənaye şirkətlərini 2019-2021-ci illərdə keçiriləcək sərgilərdə iştiraka dəvət edir.

Qeyd edək ki, şirkət son 35 ildə Pakistanın ən böyük B2B bazası olan "Jamal's Yellow Pages of Pakistan"ın sahibidir. 2019-2021-ci illərdə Pakistanda ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı, nəqliyyat-logistika, qida, elektrik, alternativ enerji sahələrini əhatə edən sərgilər təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.