REGİONLAR


Azərbaycanın sərmayəsi hesabına Borçalıda daha bir müəssisə istifadəyə verilmişdir

Tbilisi, 6 fevral (AZƏRTAC). Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Qardabani rayonundakı Kalinino kəndində heyvandarlıq üçün yeni yem istehsalı müəssisəsi istifadəyə verilmişdir.

Müəssisə Azərbaycan sərmayəsi hesabına inşa olunmuşdur.

“Fərid GEOFEED” adlanan müəssisənin açılış mərasimində Gürcüstanın kənd təsərrüfatı naziri Şalva Pipia, Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Georgi Mqebrişvili və digər rəsmi şəxslər iştirak etmişlər.

Bildirilmişdir ki, ilkin mərhələdə burada 25, müəssisə tam gücü ilə işə salındıqdan sonra isə 45 nəfər işlə təmin olunacaqdır.

Gürcüstan-Azərbaycan sərhədində yerləşən kəndin əhalisinin işsizlik probleminin mövcud olduğu bir vaxtda xaricdə yaşayan soydaşlara göstərilən diqqət və qayğıya görə Azərbaycan rəhbərliyinə minnətdarlıq ifadə olunmuşdur.

Şalva Pipia müəssisənin heyvandarlıq və balıqçılıq üçün yem istehsal edəcəyini bildirmiş və layihənin reallaşmasına 1,8 milyon ABŞ dolları sərmayə yatırıldığını söyləmişdir. Nazir demişdir ki, müəssisə saatda 40 adda 10 ton məhsul istehsal etmək gücünə malikdir.

İslam Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.