CƏMİYYƏT


Azərbaycanın seysmik vəziyyəti, zəlzələ ocaqları tam öyrənilib

Bakı, 23 oktyabr, AZƏRTAC

Azərbaycanın seysmik vəziyyəti, zəlzələ ocaqları tam öyrənilib.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə oktyabrın 23-də Bakıda “Şəbəkə idarəetmə sistemləri və seysmologiya üçün analitik alətlər üzrə təlim” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Akademik A.Əlizadə bildirib ki, Azərbaycanda seysmoloji tədqiqatlar son 50-60 ildə intensiv aparılıb. AMEA-nın prezidenti deyib: “Azərbaycanda yer fizikası böyük inkişaf tarixinə malik deyil. Bu sahə 1950-ci illərdən sonra inkişaf edib. O vaxtadək neft fizikası inkişaf edirdi”.

AMEA rəhbərinin sözlərinə görə, Xəzərin seysmikliyinin öyrənilməsi seysmoloqlar üçün ən əsas məsələlərdəndir. Belə ki, Xəzərin seysmikliyinin öyrənilməsi üçün dib seysmoqrafları alınıb. Həmin avadanlığın yaxın zamanlarda quraşdırılacağına ümidvar olduğunu bildirən A.Əlizadə vurğulayıb ki, onların əsasında əldə ediləcək məlumatlar seysmik vəziyyətin öyrənilməsi üçün çox əhəmiyyətlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.