İQTİSADİYYAT


Azərbaycanın sığorta bazarı yeddi ayda 9,9 faiz artıb

Bakı, 14 avqust (AZƏRTAC). Bu ilin yanvar-iyul aylarında 28 sığorta şirkətinin xətti ilə 251,7 milyon manat sığorta haqqı toplanıb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından AZƏRTAC-a verilən məlumata görə, ölkənin sığorta bazarı ötən ilin eyni dövrü ilə müqayisədə 22,7 milyon manat və ya 9,9 faiz artıb. 2014-cü ilin yeddi ayında sığorta şirkətlərinin həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə təxminən 78 milyon manat təşkil edib. Bu da 2013-cü ilin eyni dövrünə nisbətən 9,1 milyon manat və ya 13,2 faiz çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 31 manat ödəniş həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.