Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycanın sosial müdafiə şəbəkəsi üzrə qiymətləndirmənin nəticələrinə dair təqdimat olub

Bakı, 25 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının ekspert qrupunun Azərbaycanın sosial müdafiə şəbəkəsi və onun nəticələri ilə bağlı hazırladıqları hesabat layihəsinin təqdimatı olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanın milli inkişaf modelinin sosialyönümlü xarakter daşıdığını, sosial dövlət statusunun gücləndirilməsinin ölkənin ümumi tərəqqisində əsas prioritetlərdən olduğunu qeyd edib.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin uzunmüddətli inkişafına yönələn siyasətinin respublikada sosial ədalət prinsipinin təmini və sivil əsaslar üzərində sosial hüquqların etibarlı müdafiəsi mexanizmini formalaşdırdığını vurğulayıb: “Ölkəmizin taleyində yeni və sürətli inkişaf mərhələsi olan 2003-2015-ci illərdə milli iqtisadiyyatın 3,4 dəfə artımı əhalinin gəlirlərinin bu dövrdə 7 dəfə, cari ilin yanvar-sentyabr aylarında 8,7 faiz çoxalması, bu gəlirlərin orta illik artım sürətinin iqtisadi artım sürətini orta hesabla 8,3 faiz üstələməsi ilə müşahidə edilib. Yoxsulluq və işsizliyin 5 faiz səviyyəsinə endiyi Azərbaycan BMT-nin Minilliyin İnkişaf Məqsədlərini özündə uğurla reallaşdıran və BMT-nin 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərinə fəal şəkildə qoşulan ölkələrdən biridir”.

S.Müslümov respublikamızda sosial rifah halının yüksəldilməsi, insan kapitalının inkişafı yönündə aparılan siyasət müstəvisində əhalinin məşğulluğu və layiqli əməyin təminatı sahəsində atılan addımları diqqətə çatdırıb. O, sosial sahəyə dövlət qayğısının ildən-ilə artırıldığını bildirib: “Buna misal olaraq, dövlət büdcəsindən sosialyönümlü xərclərə 2014-cü ildə əvvəlki illə müqayisədə 9,9 faiz çox, 2015-ci ildə əvvəlki illə müqayisədə 3,4 faiz çox, 2016-cı ilin 9 ayında isə ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz çox vəsait yönəldilib. Hər il olduğu kimi, növbəti 2017-ci ilin dövlət büdcəsinin də sosialyönümlü olması təmin ediləcək”.

Nazir ölkəmizdə vətəndaşların sosial müdafiə hüquqlarının dolğun təminatı sisteminin fəaliyyət göstərdiyini qeyd edib: “Cari ildə də davam etdirilən sosial müdafiə tədbirlərinin nəticəsi kimi, bu ilin 9 ayında 1,3 milyon nəfərdən çox vətəndaşın əmək pensiyası və 460 min nəfərə yaxın şəxsin aylıq və birdəfəlik sosial müavinətlə, 57,4 min nəfərin Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü və 583,8 min nəfərin sosial yardımla, 11,2 min nəfərin evdə sosial məişət xidməti, 1,5 min nəfərin reabilitasiya yönümlü sosial xidmətlərlə, 3,9 min nəfər imtiyazlı şəxsin sanator-kurort yollayışı, 1000 nəfərdən çox əlilin istirahət mərkəzlərinə yollayışla təminatı və s. işlər görülüb”.

Sosial ödənişlərin ötən dövrdə mütəmadi olaraq artırıldığını qeyd edən S.Müslümov son on ildə sosial müavinətlərin orta aylıq məbləğinin 2,9 dəfə, Azərbaycan Prezidentinin fərdi təqaüdlərinin məbləğinin 2,6 dəfə, 2007-ci ildən şəhid ailələrinə verilən Prezident təqaüdlərinin məbləğinin 2,2 dəfə artırıldığını bildirib. Nazir həmçinin pensiyaların orta aylıq məbləğində 2003-2015-ci illərdə 10,3 dəfədən çox, 2016-cı ilin 9 ayında 2016-cı ilin əvvəlinə nisbətən 7 faiz artımın qeydə alındığını, sosial cəhətdən həssas qruplardan olan vətəndaşlara yönələn digər sosial ödəniş növlərində də əhəmiyyətli artımların olduğunu diqqətə çatdırıb: “Dünya iqtisadiyyatında böhranın kəskin xarakter aldığı son vaxtlarda bunun milli iqtisadiyyata təsiri minimallaşdırılmaqla yanaşı, dövlət başçısının Fərman və Sərəncamları ilə ölkə əhalisinin 38 faizinə (yəni 3,6 milyondan çox şəxsə) yönələn sosial ödənişlərin artırılması təmin edilib. Habelə işsizlik müavinətinin minimum məbləği 36,4 faiz, bu məqsəd üçün ayrılan büdcə vəsaitinin məbləği 2,4 dəfə artırılıb”. Nazir Azərbaycanın əmək və sosial müdafiə sisteminin avtomatlaşdırılmış infrastrukturunun qurulduğunu, bu sahədə müasir, çevik, şəffaf idarəetmə və xidmətlər sisteminin fəaliyyət göstərdiyini vurğulayıb.

S.Müslümov dövlətin özünüməşğulluq proqramı vasitəsilə işsiz və işaxtaran vətəndaşların ailə bizneslərinin qurulmasının dəstəkləndiyini vurğulayıb.

Nazir Azərbaycanda əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi üçün aparılan islahatlarda Dünya Bankı ilə əməkdaşlığın əhəmiyyətindən bəhs edib: “Ölkəmizdə əmək və sosial müdafiə sisteminin inkişafı, sosial cəhətdən həssas əhali qruplarını əhatə edən milli sosial təminat mexanizmi barədə beynəlxalq rəy və təkliflərə də biz daim önəm veririk. Dünya Bankının ekspert qrupu tərəfindən ölkəmizdə sosial müdafiə sisteminin inkişafı sahəsində aparılan işlərlə bağlı qiymətləndirmənin nəticələri ilə tanışlıq, onların bu hesabat layihəsində əksini tapan məsələlərin müzakirəsi də hesab edirəm ki, faydalı olacaqdır”.

Dünya Bankının nümayəndələri Nistha Sinha, Aleksandra Posarak, Marina Petroviç və başqaları çıxış edərək, Azərbaycanda əmək və sosial müdafiə sistemində aparılan islahatların, eləcə də sosial müdafiə siyasətində aktiv tədbirlərə önəm verilməsinin, əhalinin məşğulluq imkanlarının artırılması üçün icra olunan proqramların təmsil etdikləri qurum tərəfindən maraqla qarşılandığını vurğulayıblar. Onlar bildiriblər ki, ölkədə vətəndaşların əmək və sosial hüquqlarının daha səmərəli şəkildə reallaşdırılmasına yönələn bu mütərəqqi islahatları daim dəstəkləyirlər.

Tədbir Dünya Bankının ekspert qrupunun Azərbaycanın sosial müdafiə şəbəkəsi və onun nəticələri barədə təqdimatı ilə davam edib. Təqdimat Azərbaycanın sosial müdafiə sistemi ilə bağlı ümumi məlumatdan və həyata keçirilən sosial müdafiə tədbirlərinin nəticələrinin qiymətləndirilməsindən ibarət olub. Ümumilikdə Azərbaycanda sosial müdafiə sisteminin dolğun və yaxşı əhatəliliyə malik olduğu, həyata keçirilən sosial müdafiə proqramlarının yoxsulluğun azaldılmasında mühüm rol oynadığı bildirilib. Ölkədə pensiya təminatı da yoxsulluğun azaldılmasında ən səmərəli vasitə kimi qeyd olunub. Milli sosial müdafiə sisteminin yaxşı struktura və yeni çağırışlara cavab vermək potensialına malik olduğu vurğulanıb. Ünvanlı dövlət sosial yardımı proqramının səmərəliliyinin qiymətləndirilməsi zamanı diqqətə çatdırılıb ki, bu proqramın ünvanlılıq dəqiqliyi yaxşıdır və onun yoxsulluq boşluğunun aradan qaldırılması sahəsində ən səmərəli olduğu görünür.

Təqdimatda həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək və sosial müdafiə sisteminin elektron texnologiyalar üzərində təkmilləşdirilməsi yönündə görülən işlər, habelə iş proseslərinin və verilənlərin idarə edilməsi üçün qabaqcıl və avtomatlaşdırılmış sistemin yaradıldığı bildirilib. Bunun nümunəsi kimi, ünvanlı dövlət sosial yardımı üzrə mükəmməl sistemin - Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin tətbiqinə başlanıldığı qeyd olunub. Hesabat layihəsində tövsiyələr də əksini tapıb.

Tədbir təqdim olunmuş məlumatlar əsasında geniş müzakirələrlə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı