İDMAN


Azərbaycanın stolüstü tennisçiləri gənclərin Avropa çempionatının yarımfinalına yüksəliblər

Bakı, 11 iyul, AZƏRTAC

İyulun 7-də Çexiyanın Ostrava şəhərində start götürən stolüstü tennis üzrə gənclərin Avropa çempionatında Azərbaycanın stolüstü tennisçiləri yarımfinala yüksəliblər.

Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, ölkəmizi təmsil edən oğlanlardan ibarət yığmamız A qrupunda bütün rəqiblərinə qalib gələrək qrupun qalibi olub.

Yarımfinalda komandamızın rəqibi Belçika yığması olacaq. Turnirə iyulun 16-da yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.