ELM VƏ TƏHSİL


“Azərbaycanın su təminatının müasir problemləri” mövzusunda konfransa hazırlıq işləri aparılır

Bakı, 29 aprel, AZƏRTAC

Oktyabrın 6-7-də keçiriləcək “Azərbaycanın su təminatının müasir problemləri” mövzusunda respublika elmi-praktik konfransına hazırlıq işləri davam edir. Konfrans Əməkdar elm xadimi, coğrafiya elmləri doktoru, professor Saleh Rüstəmovun anadan olmasının 110 illiyinə həsr ediləcək.

Tədbirin təşkilatçıları Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, “Azərsu” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, UNESCO-nun Beynəlxalq Hidroloji Proqramı üzrə Azərbaycan Milli Komitəsi, Azərbaycan Coğrafiya Cəmiyyəti və “Sudan istifadə sahəsində mütəxəssislər” İctimai Birliyidir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransda Azərbaycanda çayların rejim xüsusiyyətləri və su ehtiyatlarının öyrənilməsində, həmçinin hidrologiya sahəsində çoxsaylı kadrların hazırlanmasında müstəsna xidmətləri olmuş Saleh Rüstəmovun formalaşdırdığı elmi istiqamətlər üzrə mövcud vəziyyət təhlil ediləcək.

Konfransda “Azərbaycanın su ehtiyatlarının müasir vəziyyəti və idarə olunması”, “Qarabağ ərazisinin müasir hidrometeoroloji problemləri”, “Regional iqlim dəyişmələri və onların su ehtiyatlarına təsiri”, “Ətraf mühit və dayanıqlı inkişaf” mövzuları üzrə məruzələr dinləniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.