İDMAN


Azərbaycanın taekvondo üzrə millisi dünya çempionatında aktivinə ilk medalı yazdırıb

Bakı, 19 may, AZƏRTAC

Azərbaycanın böyüklərdən ibarət taekvondo üzrə milli komandası Böyük Britaniyanın Mançester şəhərində keçirilən dünya çempionatında ilk medalını qazanıb.

AZƏRTAC xəbər verir ki, dünya çempionatının dördüncü günündə qadınların mübarizəsində milli komandamızın üzvü Fəridə Əzizova (67 kq) Kosta-Rika, İran və Fil Dişi Sahili yığmasının idmançılarına qalib gələrək yarımfinal mərhələsinə adlayıb. Lakin taekvondoçumuz yarımfinala vəsiqə qazansa da, son rəqibi keçilməz olub. F.Əzizova bu mərhələdə çinli idmançıya məğlub olaraq mundialda bürünc medalla kifayətlənib.

Millimiz mayın 15-də start götürən mundiala on taekvondoçu ilə qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.