MƏDƏNİYYƏT


Azərbaycanın tanınmış opera müğənnisi İtaliyada “Aida” operasında çıxış edəcək

Bakı, 11 iyun, AZƏRTAC

Azərbaycanın tanınmış opera müğənnisi Azər Zadə İtaliyanın Verona şəhərindəki qədim Roma amfiteatrı – Arena di Veronanın səhnəsində Cüzeppe Verdinin “Aida” operasında çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, tamaşa 19-22 iyunda “Aida” operasının premyerasının 150 illiyi münasibətilə təqdim olunacaq. Azər Zadə operada Radames partiyasını ifa edəcək. Tamaşa məşhur italyan dirijoru Rikkardo Mutinin rəhbərliyi ilə təqdim olunacaq.

İtalyan bəstəkar C.Verdinin dördpərdəli “Aida” operası ilk dəfə 1871-ci il dekabrın 24-də Qahirədə səhnəyə qoyulub. Hadisələr qədim Misirdə, Memfis və Tebendə firon hökmranlığı dövründə baş verir. Operanın süjet xəttini sarayın mühafizə rəisi Radames ilə əsir düşdükdən sonra qula çevrilmiş Nubiya hökmdarının qızı Aida arasındakı nakam məhəbbət təşkil edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.