CƏMİYYƏT


“Azərbaycanın tarixi Zəfəri” mövzusunda videokonfrans keçirilib

Bakı, 28 oktyabr, AZƏRTAC

Oktyabrın 28-də Milli Məclisin Regional məsələlər komitəsi və Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının birgə təşkilatçılığı ilə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı Qələbənin ildönümünə həsr edilmiş “Azərbaycanın tarixi Zəfəri” mövzusunda videokonfrans keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, konfransda parlamentin Regional məsələlər komitəsinin üzvləri, Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının rəhbərliyi və nümayəndələri, həmçinin 61 şəhər, qəsəbə və kənd bələdiyyəsinin sədrləri iştirak ediblər.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov şəhidlərimizin əziz xatirəsini yad edərək, qazilərimizə, Vətən müharibəsi iştirakçılarına dərin hörmət və ehtiramını bildirib. O, qüdrətli Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolun Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün təmin olunması, işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq işlərinin, möhtəşəm layihələrin həyata keçirilməsi tariximizin ən əlamətdar hadisələrindəndir.

Siyavuş Novruzov qazanılan bu tarixi Zəfərin möhtəşəm akademik biliyə, mükəmməl təcrübəyə, misilsiz səriştəyə sahib olan Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin təntənəsi olduğunu qeyd edib.

Sonra Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, akademik Nizami Cəfərov, komitənin digər üzvü Aqil Məmmədov “Azərbaycanın tarixi Zəfəri” mövzusunda geniş məzmunlu çıxış ediblər.

Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov, Gəncə şəhəri Nizami bələdiyyəsinin sədri Qoşqar Məmmədov, Bərdə bələdiyyəsinin sədri Sadiq Xəlilov, Sumqayıt bələdiyyəsinin üzvü, Vətən müharibəsi iştirakçısı Orxan Adıgözəlzadə, Gəncə şəhəri Kəpəz bələdiyyəsinin sədr müavini Rufanə Əliyeva, Nizami bələdiyyəsinin sədr müavini Heydər Rəhimov 44 günlük müharibə zamanı Azərbaycan bələdiyyələrinin, bələdiyyə üzvləri və qulluqçularının müharibədə iştirakı, Vətən qarşısında xidmətlərindən danışıblar.

Sonra onlayn konfransda mövzu ətrafında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.