İQTİSADİYYAT
Azərbaycanın təbii qaz ixracı artıb
Bakı, 16 aprel, AZƏRTAC
Yanvar-mart aylarında təbii qaz ixracı ölkə üzrə artaraq 3,2 milyard kubmetr təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Bildirilir ki, bu da 2018-ci ilin analoji dövrünə nisbətən 27 faiz çoxdur.
Xatırladaq ki, ölkə və SOCAR-ın ixrac etdiyi qazın həcminin artmasının əsas səbəbi Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə “Şahdəniz-2” qazının Türkiyəyə nəql edilməyə başlamasıdır. İndiyə qədər sözügedən boru kəməri vasitəsilə 1,4 milyard kubmetr kommersiya məqsədli qaz nəql edilib.
Neft və neft-kimya məhsullarının ixracı yanvar-mart aylarında təqribən 456 min ton təşkil edib, bununla da əvvəlki ilin analoji dövrünə nisbətən 10,5 faiz artım qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]