İQTİSADİYYAT


Azərbaycanın təbii qaz ixracı artıb

Bakı, 14 sentyabr, AZƏRTAC

Yanvar-avqust aylarında ölkədən 8 milyard 994,9 milyon kubmetr təbii qaz ixrac edilib.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən təbii qazın dəyəri isə 1 milyard 702,8 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə ölkədən 7 milyard 415,3 milyon kubmetr təbii qaz ixrac edilmiş, həmin ixracın dəyəri 1 milyard 421,2 milyon dollar olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.