Azərbaycanın tədiyə balansında 956,4 milyon dollar kəsir yaranıb
AzerTAg.az
Bakı, 14 sentyabr, AZƏRTAC
Xarici mühitin əlverişsiz olduğu bir şəraitdə, cari ilin 6 ayı üzrə tədiyə balansının əsas maddələri olan cari əməliyyatlar balansında (CƏB) 598,2 milyon dollar profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 956,4 milyon dollar kəsir yaranıb. Ehtiyat aktivləri 957,5 milyon dollar azalıb.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, bu dövrdə neftin orta qiyməti 41,9 dollar/barrel olub, qeyri-neft ixracı isə 6,1 faiz azalıb. Hesabat dövründə cari əməliyyatlar balansının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 5,1 dəfə azalaraq 598,2 milyon dollar təşkil edib. Neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının profisiti illik ifadədə 1,9 dəfə (2,8 milyard dollar) azalaraq 3,3 milyard dollar, qeyri-neft sektoru üzrə kəsir isə 12,1 faiz (0,4 milyard dollar) azalaraq 2,7 milyard dollar olub. Nəticədə cari əməliyyatlar balansında neft-qaz sektorunun profisiti qeyri-neft sektorunun kəsirini tam örtüb. CƏB profisiti əsasən xarici ticarət balansının profisiti hesabına formalaşıb.

Xəbərin mətnində orfoqrafik səhv var