MƏDƏNİYYƏT


Azərbaycanın turizm imkanları İspaniyada tanıdılır

Bakı, 30 noyabr, AZƏRTAC

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmizin turizm potensialının və turizm məhsullarının nümayiş etdirilməsi məqsədilə Azərbaycan nümayəndə heyəti İspaniyada keçirilən “IBTM World” sərgisində iştirak edir.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan nümayəndə heyətini hotel, turagentliklər, “Azərbaycan Hava Yolları” QSC, Bakı Konqres Mərkəzi və “Şahdağ” Turizm Mərkəzi daxil olmaqla ümumilikdə 11 tərəfdaş təmsil edir.

Dekabrın 1-dək davam edəcək sərgi çərçivəsində B2B (Biznesdən-biznesə) formatında görüşlər keçirilir, Azərbaycanın işgüzar turizm potensialı haqqında təqdimatlar nümayiş etdirilir.

“IBTM World” işgüzar tədbirlər sənayesinin ən mühüm sərgilərindən biri hesab edilir. Tədbirdə iştirak etməkdə məqsəd Azərbaycanın işgüzar turizm imkanlarını tanıtmaq, təbliğ etmək və işgüzar məqsədlərlə Azərbaycana səfər edəcək sənaye iştirakçılarının sayını artırmaqdır.

Qeyd edək ki, 1987-ci ildən bəri hər il keçirilən “IBTM World” ən əhəmiyyətli beynəlxalq sərgilərdən biri sayılır və işgüzar tədbirlər sənayesində fəaliyyət göstərən 15 mindən çox mütəxəssisi bir araya gətirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.