MƏDƏNİYYƏT


Azərbaycanın turizm imkanları Türkiyədə nümayiş etdirilir

Bakı, 31 yanvar, AZƏRTAC

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmiz “EMİTT 2019” “Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisi”ndə iştirak edir.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, İstanbul şəhərində keçirilən sərgi fevralın 3-dək davam edəcək.

Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Hava Yolları, Heydər Əliyev Beynəlxalq Aeroportu ilə yanaşı, müxtəlif turizm şirkətləri və hotellər iştirak edir. 70 kvadratmetrlik stenddə Azərbaycanın turizm potensialını əks etdirən foto və videoçarxlar nümayiş etdirilir, broşürlər paylanılır.

Sərgi çərçivəsində müxtəlif ölkələrin nümayəndələri ilə ikitərəfli işgüzar görüşlər keçirilir.

Sərgidə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Azərbaycan stendini ziyarət edib. Azərbaycan Turizm Bürosunun Beynəlxalq bazarlar departamentinin rəhbəri Sevinc Zeynallı iki ölkə arasındakı cari turizm əlaqələri barəsində nazirə məlumat verib. Öz növbəsində Mehmet Nuri Ersoy Türkiyə və Azərbaycan arasında turizm əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb və hər kəsə uğurlar arzulayıb.

1997-ci ildən etibarən hər il keçirilən “EMİTT” sərgisi dünyanın beş ən böyük turizm sərgisindən biri hesab olunur. Keçən il sərgidə dünyanın 85 ölkəsindən 1065 turizm şirkəti təmsil olunub və sərgi ümumilikdə 54000-dən çox ziyarətçi qəbul edib.

Ölkəmiz 2003-cü ildən etibarən sözügedən sərgidə iştirak edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.