MƏDƏNİYYƏT


Azərbaycanın turizm imkanları almandilli ölkələrin tədbirində təbliğ edilib

Bakı, 11 fevral, AZƏRTAC

Fevralın 9-10-da Azərbaycan Turizm Bürosu Almaniya, Avstriya və İsveçrədən olan turizm nümayəndələrinin qatıldığı roudşouda iştirak edib.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, COVID-19 pandemiyası səbəbi ilə onlayn formatda keçirilən tədbirə Azərbaycan Turizm Bürosu milli virtual stendlə qatılıb.

İki gün ərzində Azərbaycanın virtual stendini 70-dən çox şirkətin nümayəndələri ziyarət edib, 30-a yaxın təkbətək görüş keçirilib.

Görüşlərdə postpandemiya dövründə Azərbaycana səfərlərin artırılması və yeni turların başlanılması haqda fikir mübadiləsi aparılıb, eyni zamanda işğaldan azad edilmiş ərazilərimizin turizm potensialı, Azərbaycanda hazırkı vəziyyət, postpandemiya dövrünün planları, mövcud olan və inkişaf etdirilən turizm məhsulları haqqında məlumat verilib.

Görüş iştirakçılarının sualları cavablandırılıb, onlar Azərbaycandakı turizm trendləri və hazırda inkişaf prosesində olan layihələr barədə məlumatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.