MƏDƏNİYYƏT


Azərbaycanın turizm potensialı Londonda böyük sərgi stendi ilə təbliğ olunur

Bakı, 4 noyabr, AZƏRTAC

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmizin nümayəndə heyəti Londonda keçirilən “Dünya səyahət bazarı” (“World Travel Market”) sərgisində iştirak edir.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, ölkəmiz sərgidə 12 turizm şirkəti ilə təmsil olunur. 232 kvadratmetrlik sahədə turizm brendinə uyğun olaraq yeni dizaynla qurulan stend Azərbaycanın indiyədək hazırlanan ən böyük sərgi stendidir.

Sərgi ilə bağlı təəssüratlarını bölüşən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bu tədbirin dünya turizm bazarında yeni əməkdaşlıq və münasibətlərin qurulmasında mühüm rol oynadığını qeyd edib.

O diqqətə çatıdırıb ki, 2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana səfər edən böyük britaniyalı turistlərin sayı 32 min nəfər təşkil edib və bu, ötən ilin eyni dövrünə nisbətdə 23,5 faiz artım deməkdir.

Xatırladaq ki, 2018-ci ildə reallaşan “Dünya səyahət bazarı” sərgisində Azərbaycanın yeni turizm brendinin beynəlxalq ictimaiyyət üçün ilk genişmiqyaslı təqdimatı keçirilib.

Son bir il ərzində ötən illə müqayisədə ölkəmizə səfər edənlərin sayında 10.9 faiz artım müşahidə olunur.

Azərbaycan 2002-ci ildən etibarən “Dünya səyahət bazarı” sərgisində iştirak edir.

1980-ci ildən bəri hər il keçirilən sərgiyə 182 ölkədən 5 min sərgiçi və turizm sənayesinin 51 mindən çox nümayəndəsi qatılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.