MƏDƏNİYYƏT


Azərbaycanın turizm təbliğatı videoçarxı Qran-Pri ilə mükafatlandırılıb VİDEO

Vyana, 13 noyabr, AZƏRTAC

Noyabrın 12-də Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsi (CIFFT) tərəfindən keçirilən müsabiqədə Azərbaycanın tanıtım videoçarxı “İnsanların seçimi” nominasiyasının əsas mükafatı olan Qran-Pri mükafatına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, 140 ölkənin qatıldığı müsabiqənin nəticələri Avstriyanın paytaxtı Vyanada baş tutan mükafatlandırma mərasimində açıqlanıb.

“Biz çox şadıq ki, Azərbaycanın turizm təbliğat videoçarxı ölkəmizin turizm potensialı haqqında dolğun təsəvvür yarada bilir və hər kəsi Azərbaycana gəlməyə, ölkə turizminin malik olduğu zənginliklərə bir daha baxmağa həvəsləndirir”, - deyə tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib və hər kəsi ölkəmizi ziyarət etməyə çağırıb.

Xatırladaq ki, “Azerbaijan: Take Another Look” (“Azərbaycan: bir daha bax”) şüarı əsasında hazırlanan turizm tanıtım videoçarxı Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsi (CIFFT) tərəfindən keçirilən “Dünyada turizm sahəsində çəkilən ən yaxşı film və tanıtım çarxı” müsabiqəsində iştirak edirdi.

Dövlət Turizm Agentliyi turizm potensialımızın təbliğatında mühüm rol oynayan videçarxın səsverməsində aktiv iştirak edən hər kəsə təşəkkürünü bildirir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.