CƏMİYYƏT


Azərbaycanın ünvanlı sosial yardım elektron sistemi Avropanın uğurlu təcrübələrindən biri kimi xüsusi mükafatla təltif edilib

Bakı, 15 may, AZƏRTAC 

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa regionu üzrə “Yaxşı təcrübə” müsabiqəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ünvanlı dövlət sosial yardımı üzrə elektron sistemi münsiflər heyətinin yekdil rəyi ilə uğurlu təcrübələrdən biri kimi seçilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, BSTA-nın Bakı şəhərində keçirilən Avropa Regional Sosial Təminat Forumu çərçivəsində müsabiqənin nəticələri elan olunmaqla Azərbaycanın elektron sosial yardım sistemi təşkilatın “Yaxşı təcrübə” xüsusi mükafatı ilə təltif edilib.

Vətəndaşlar təmsil etdikləri ailələrin ünvanlı dövlət sosial yardımı almaq hüquqlarına baxılması üçün internet əlaqəsi olan istənilən yerdən müraciət edə bilirlər. Bu zaman vətəndaşların e-sistemə daxil etdikləri məlumatların təhlili, qərar qəbul edilməsi prosesi e-sistem vasitəsilə avtomatik şəraitdə yerinə yetirilir. Bu da sosial yardım sistemində şəffaflığın artırılmasına, ünvanlılığın və operativliyin təmin olunmasına imkan verir.

Xatırladaq ki, müsabiqədə 20 ölkədən 76 sosial layihə iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.